Alen Rene
Rejissor, ssenarist, aktyor, prodüser
Alen Rene (fr. Alain Resnais) – fransalı kinorejissor, ssenarist, montaj rejissoru, prodüser, aktyor olub. 3 iyun 1922-ci ildə Vann şəhərində anadan olub. Erkən işləri Fransa kinematoqrafiyasındakı “yeni dalğaya” xas edilir. Davamlı və məhsuldar karyerasına baxmayaraq, yalnız üç filmi ilə beynəlxalq nüfuz qazanıb (“Gecə və duman” (1955), “Hirosima, sevgilim” (1959), “Ötən il Marienbadedə” (1961). İki dəfə Jan Viqo mükafatına layiq görülüb (1954 və 1956). Daha çox İspaniyanın frankist müharibəsində bəhs edən “Müharibə başa çatıb” və fransız fırıldaqçı Aleksandr Stavitskinin həyatından bəhs edən “Staviski” filmi üzərində gördüyü işə görə tanınır. Rejissorun filmoqrafiyasında 20-ə yaxın tammetrajlı bədii film yer alır. Alen Rene 1 mart 2014-cü ildə 91 yaşında vəfat edib. Ölümündən iki həftə əvvəl 64-cü Berlin Kinofestivalında “Sevmək, içmək və içmək” adlı filmi təqdim olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%BD%D0%B5,_%D0%90%D0%BB%D0%B5%D0%BD