Sabin Azema

Sabin Azema

Aktrisa

BİOQRAFİYA

Sabina Azema – fransalı aktrisadır. 20 sentyabr 1949-cu ildə parisli vəkilin ailəsində anadan olub. İki bacısı var. Kinoda debütü 27 yaşında olanda Jorj Lotnerin “On aura tout vu” komediyasında baş tutub. Filmdə tərəf-müqabilləri Pyer Rişar və Miu-Miu kimi populyar aktyorlar olub. Növbəti il “La Dentellière” adlı dram filmində epizodik rol oynayıb. Növbəti illərini televiziya filmləri və seriallarına həsr edib. Sonradan rejissor Alen Ren onu “Həyat bir romandır” filminə ikinci plan rola dəvət edib. Həmin rol ona “Sezar” kinomükafatına nominasiya qazandırıb. Sabina Azema Bertran Tavernyenin “Bazar günü şəhər kənarında” filmində oynadığı rolla ən yaxşı qadın rolu nominasiyasında adı çəkilən mükafatın qalibi olub. Növbəti illəri daha çox əri Alen Renenin filmlərinə çəkilib: “Meldroma” (1987, ən yaxşı qadın roluna görə ikinci “Sezar” mükafatını alıb), “Çəkim/Çəkmiyim” (1992), “Dodaqdan olmaz” (2003), “Yabanı otlar” (2009) və s. Sabina 1998-2014-cü illərdə məşhur rejissor Alen Rene ilə evli olub (sonuncunun ölümünə qədər). 2015-ci ildə Kann kinofestivalının “Qızıl kamera” rubrikasında münsiflər heyətinə başçılıq edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B5%D0%BC%D0%B0,_%D0%A1%D0%B0%D0%B1%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç