Leksa Doyq

Leksa Doyq

Aktrisa

BİOQRAFİYA

Aleksandra Doyq – kanadalı aktrisadır. Aleksandra Doyq 8 iyun 1973-cü ildə Kanadanın Ontario əyalətinin Toronto şəhərində anadan olub. Anası filippinlidir, atası şotland əsillidir. Uşaqlığında bir neçə il ritmik gimnastika ilə məşğul olub. 13 yaşından fotomodel kimi fəaliyyətə başlayıb. Bir müddət teatr tamaşalarında iştirak edib. Ancaq özü də etiraf edir ki, teatr səhnəsi onu bir qədər qorxudur, belə ki, səhnə təcrübəsinin lazımı səviyyədə olmadığını hesab edir. 1990-cı illərin ortalarında kino və televiziyada fəal olub, başlıca olaraq elmi-fantastik seriallara çəkilib. Daha çox “Ceyson İks”, “Məxfi adı: Simurq”, “Alibisiz”, “Yer: Sonuncu münaqişə” və digər film və seriallarda oynadığı rolları ilə tanınır. 2000-2006-cı illərdə “Andromeda” fantastik serialında ulduz kreyserinin süni intellektini canlandırıb. Şəxsi həyatına gəlincə 2 avqust 2003-cü ildə Leks aktyor Maykl Şenksə ərə gedib. Onlar birlikdə “Andromeda”, “Ulduz darvazası: SG-1”, “Taktiki qüvvə”  seriallarına çəkilib. Cütlüyün 2004 və 2006-cı il təvəllüdlü iki övladı var. Ailə hazırda Vankuver şəhərində yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B9%D0%B3,_%D0%9B%D0%B5%D0%BA%D1%81%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç