Tim Fört

Tim Fört

Ssenarist

BİOQRAFİYA

Tim Fört – ingilis dramaturq, ssenarist, nəğməkar şair, prodüser və bəstəkardır. 1964-cü ildə Mersisaydın Uirrele şəhərində anadan olub. Kembricdə ingilis dili müəllimi işləyib. Yazdığı əlamətdar pyeslər arasında Man of Letters (1991), Neville’s Island (1992), The End of the Food Chain (1994), Love Songs for Shopkeepers (1998), The Safari Party (2002), Our House (2003), Absolutely Frank (2006), The Flint Street Nativity (2006) və s. göstərmək olar. Yazdığı ssenarilər əsasında “Qara top” (2003), “Təqvimdəki qızlar” (2003), “Şopoqolik” (2009) kimi filmlər lentə alınıb. Fört bundan başqa radioda çalışır, radiostansiyalardan birində And Now In Colour adlı verilişi aparır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/firth-tim-1066.phtml

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç