Mel Smit
Rejissor, ssenarist, prodüser
Mel Smit – britaniyalı aktyor, rejissor, ssenarist və musiqiçidir. Mel Smit Oksford universitetinin məzunudur. Tələbəlik illərində Oksford teatr studiyasınında səhnəyə çıxıb və böyük uğur qazanıb. Hələ o vaxt çoxistiqamətli aktyorluq istedadını ortaya qoyaraq, səhnədə istənilən obrazı canlandıra bilib. Prodüser Con Lloyd onu Edinburq festivalında kəşf edib və “Doqquz saatlıq xəbərlər” (1979-1984) serialının aktyor heyətinə dəvət edib. Layihənin başa çatmasından sonra Mel Qriff Ris Consla əməkdaşlığa başlayıb və “Smit və Cons” adlı teleşouda çıxış edib. Smit “Babilistan” (Babylon, 1981), “Avropa tətilləri” (European Vacation, 1985), “Şahzadə gəlin” (The Princess Bride, 1987), “On ikinci gecə” (Twelfth Night, 1996), “Xanım Marpl” (Agatha Christie Marple: The Sittaford Mystery, 2006), “Son hədd rəqslər” (Dancing on the Edge, 2013) kimi filmlərdə oynadığı rolları ilə tanınır. “Açıq kosmosdan gələn debillər” filmində həm aktyor, həm də ssenarist qismində iştirak edib. 1989-cu ildə “Uzundraz” (The Tall Guy) filmi ilə rejissor debütünü gerçəkləşdirib. Film görkəmli rejissor Corc Lukasın diqqətini çəkib və onu “Radiodalğa qətlləri (1994) filmində əməkdaşlığa dəvət edib. 1997-ci ildə “Mister Bin” (Bean, 1997) filmi kifayət qədər populyarlıq qazanıb. Filmdə baş rola onunla “Doqquz saatlıq xəbərlər” layihəsində həmkar olmuş Roan Atkinson çəkilib. Britaniyalı komediya aktyoru və rejissoru 2013-cü ildə 60 yaşında Londonda vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ria.ru/20130720/951058294.html