Elis Evans

Elis Evans

Aktrisa

BİOQRAFİYA

Elis Ceyn Evans – amerikalı-ingilis aktrisadır. Elis Ceyn Evans 2 avqust 1971-ci ildə Nyu-Cersi ştatının Sammit şəhərində müəllim ailəsində anadan olub. Babası mədənçi olub. Körpə yaşında ailəsi ilə İngiltərəyə köçüb. Uşaqlığı Bristol şəhərində keçib. Orta məktəbi bitirdikdən sonra Londonun Universitet kollecinə qəbul olunub. Kollecdən məzun olduqdan sonra Parisə köçüb. Karyerasında ən əlamətdar rolu “102 dalmatin” ailəvi komediya filmində dalmatin-sevər Xlo Saymon rolu sayılır. Filmin çəkilişləri zamanı Qlenn Klouz, Jerar Depardye kimi məşhur aktyorlarla tanış olub. Ekran əsərinin premyerasından bir müddət sonra da Avropada yaşayıb. 2003-cü ildə həmişəlik Los-Ancelesə köçüb. Elis bir sıra film və serialların o cümlədən, “Eskort” (1999), “CSI: Mayami” (2003), “Qara top” (2003), “Tilsimlənmə” (2004), “Sağ qalmaq” (2009) və s. yaradılmasında iştirak edib. 2007-ci ilin yanvar ayında Elis aktyor Yoan Qriffitlə ailə qurub. Evlənənə qədər 7 il vətəndaş nikahında olublar. Onların Ella və Elsi adlarında iki qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B2%D0%B0%D0%BD%D1%81,_%D0%AD%D0%BB%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç