Pol Key

Pol Key

Aktyor

BİOQRAFİYA

Pol Key (ing. Paul Kaye) – ingilis yumorist və aktyordur. 1995-ci ildə The Sunday Show komediya proqramında müxbir Dennis Pennis rolunda məşhurlaşıb. Nisbətən yaşlı illərində isə MTV telekanalında yayımlanan “Stratter” şousunda Nyu-Cersili qaba vəkil Mayk Stratter rolunda şöhrət qazanıb. BBC-nin “Küçə itləri” komediya serialında tülkü Vinsenti səsləndirib. HBO-nun dünyaca məşhur “Taxt oyunları” serialında Toros obrazını canlandırıb. Həmçinin BetVictor totalizator saytının reklamında görüntülənib. Key 15 dekabr 1964-cü ildə Londonda yəhudi ailəsində anadan olub. Bacısı Liza ilə birlikdə övladlığa götürülüb və uşaqlığı Uemblidə keçib. Qəyyum valideynləri məktəbli geyimləri mağazasına sahib olub. Key yeniyetməlik illərində gələcəyi parlaq görünən atletl olub, hətta yüz metr məsafəni qaçış üzrə rekorda imza atıb.Ancaq sonrada musiqiyə xüsusilə pank-roka maraq göstərməyə başlayıb. 16 yaşında Herrou incəsənət məktəbinə daxil olub. İki illik baza kursu keçdikdən sonra, fərqlənmə diplomu ilə məktəbi bitirib. 1984-cü ildə İsrailə yollanaraq kibutzda işləməyə başlayıb. Orada gələcək həyat yoldaşı Orli ilə tanış olub. Cütlük 1989-cu ildə münasibətlərini rəsmiləşdirib. Onların iki övladı var. 2008-ci ildə ögey anası Yaxın Şərqdə raket zərbəsi nəticəsində həlak olandan sonra “The Guardian” nəşri üçün məqalə yazaraq İsrail və Fələstini sülhə çağırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%B9,_%D0%9F%D0%BE%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç