Ralf Rikermann

Ralf Rikermann

Bəstəkar, aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Ralf Rikermann – almaniyalı musiqiçi, aktyor, prodüser, bəstəkar rəssamdır. 8 avqust 1962-ci ildə Almaniyanın Lübek şəhərində anadan olub. Əfsanəvi “Scorpions” rok qrupunun eks-basçısıdır (1991-2000, 2001-2003). Ralf Rikermann erkən yaşlarından müxtəlif janrlarda olan musiqilərə maraq göstərib. Uşaqlığında bas-gitara, zərb və klaviş alətlərinin ifaçısı olub. 16 yaşında Rikerman konservatoriyaya qəbul olunub, klassik musiqi üzrə təhsil alıb. 1987-ci ildə Almaniyadan ABŞ-a köçüb. 1991-ci ildə Los-Ancelesdə “Skorpions” qrupuna qoşulub. Kollektivin heyətində 12 il çıxış edib. 1997-ci ildə Rikermann ilk dəfə özünü film bəstəkarı kimi sınaqdan keçirib. Debütü “Lanselot: Zaman keşikçisi” filminə təsadüf edir. Kinematoqrafiya sahəsi diqqətini çəkdiyindən 2004-cü ildən “Scorpions” qrupu ilə yollarını ayırıb. Qrupdan ayrıldıqdan sonra kino bəstəkarı kimi fəaliyyəti davam etdirib. 2014-cü ildən isə rəssamlığa meyl salıb. 100-dən çox rəsmin müəllifidir və əsərləri bir sıra qalereyalarda sərgiyə çıxarılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%BA%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD%D0%BD,_%D0%A0%D0%B0%D0%BB%D1%8C%D1%84

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç