Saymon Reks

Saymon Reks

Aktyor, prodüser, bəstəkar

BİOQRAFİYA

Saymon Reks – aktyor, musiqiçi və aparıcıdır. 20 iyul 1974-cü ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Karyerasının əvvəlində pornoqrafik filmlərə çəkilib, daha sonra komediya filmlərinə dəvət olunmağa başlayıb. Bir müddət diceylik edib. 90-cı illərin ikinci yarısında bir çox seriallarda epizodik rollar alıb. “Felisiti”, “Cek və Cill”, “Malibu xilasediciləri” kimi seriallarda müxtəlif personajları canlandırıb. 2000-ci illərin əvvəli karyerasında sürətli yüksəliş dövrü başlayıb. Xeyli müddət MTV-də teleaparıcılıq edib, həmçinin musiqi ilə məşğul olub, rep ifaçısı olub. Solo musiqi karyerasının əvvəlində Dirt Nasty səhnə adıyla çıxış edib, ardınca başqa artistlərlə duet və triolar yaradıb. Aktyorun həmçinin “Çox qorxulu kino” komediya franşizasının üçüncü hissəsində oynadığı rol ona kifayət qədər populyarlıq qazandırıb. Saymon Reks həmçinin Nyu-Yorkda “The Plumm” restoranının sahiblərindən biridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/rex-simon-5495.phtml

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç