Paula Qarses

Paula Qarses

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Paula Qarses – amerikalı aktrisadır. Daha çox “Harold və Kumar” silsiləsindən olan filmlərdə Mariya Peres rolunda məşhurlaşıb. 20 mart 1974-cü ildə Kolumbiyanın Medelin şəhərində anadan olub. Komediya janrında debütünü “Özünkilərlə yeyib-içmək” filmində gerçəkləşdirib. 2003-cü ildə Liza Kudrou və Deymon Ueyansla birlikdə “Marsi İks” adlı hip-hop komediyaya çəkilib. 2004-cü ildə Peris Hiltonun baş rola çəkildiyi “Şokolad kimi qız” filminə çəkilib. Paula bundan başqa “CSI: Cinayət yeri- Mayami” serialında qonaq aktrisa qismində iştirak edib. 2004-cü ildə “Harold və Kumar ərşə çəkilir” komediyasında daha sonra onun sikvelləri olan “Harold və Kumar 2: Quantanamodan qaçış” (2008) və “Harold və Kumarla Dəhşət Milad” (2011) baş qəhrəman Con Çonun sevgilisi rolunu oynayıb. 2009-cu ildə Paula Ameri Nolasko ilə birlikdə Wisin & Yandel və T-Pain duetinin “İmaginate” adlı mahnısının klipinə çəkilib. 90-cı illərdə Mehoni soyadlı bir kişi ilə faktiki nikahda olub. Cütlüyün Skay Mehoni adlı qızı var. 2002-ci ildə Antonio Ernandeslə evlidir. Onların 2013-cü il təvəllüdlü Andres adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D1%81%D0%B5%D1%81,_%D0%9F%D0%B0%D1%83%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç