Peris Hilton

Peris Hilton

Aktrisa, model

BİOQRAFİYA

Peris Uitni Hilton 17 fevral 1981-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Amerikalı müğənni, fotomodel və aktrisadır. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi - ailə biznesinin keçmiş varisi Peris Uitni Hilton 17 fevral 1981-cı ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda  "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır. 22 avqust 2006-cı ildə "Paris" adlanan solo-albomunu çıxarır. Aktrisa 2002-2003-cü illərdə Ceyson Şo ilə nişanlı olur. Peris Hilton 2005-2006-cı illərdə yunan sahibkarı Paris Latsis və Stavros Niarxosla görüşür. Uzun müddət "Good Charlotte" qrupunun gitaraçısı Benci Meddenlə görüşən Peris, ondan 2008-ci ilin noyabrında ayrılır. Peris Hilton dəfələrlə qanunları pozduğuna görə məsuliyyətə cəlb edilir. 4 may  2007-ci ildə məhkəmə Hiltona 45 gün həbs cəzası verir. 2007-ci ildə Peris Hilton ölümündən sonra cəsədinin dondurulmasını istədiyini bəyan edir. Peris gələcəyin alimlərinin onu diriltməsi üçün tədqiqatlarla məşğul olan institutun hesabına böyük məbləğdə pul köçürür. Hilton "Bunun sayəsində mənim ömrüm 100 və ya 1000 il uzana bilər", - deyə bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Peris_Hilton

FİLMOQRAFİYA
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç