Kim Menners
Rejissor, prodüser, aktyor
Kim Menners 13 yanvar 1951-ci ildə anadan olub. Tanınmış amerikalı rejissor və prodüserdir. “Məxfi materiallar” və “Fövqəltəbii” serialları üzərində gördüyü işə görə tanınır. Kim Menners 13 yanvar 1951-ci ildə prodüser Sem Mennersin ailəsində anadan olub. Atası “Şosse 66” və “Vəhşi, vəhşi qərb” kimi məşhur teleserialların yaradıcısı olub. Üç yaşında olanda Kim Menners “Şevrole” şirkətinin reklam çarxına çəkilib. Həmçinin ara-sıra rejissor Uilyam Bodaynın kinolayihələrində iştirak edib. Məhs Bodaynın təsiri altında rejissor olmağa qərar verib. Kim Mennersin Kelli adı qardaşı var (“Mələk” və “Vampir ovçusu Baffi” kimi serialların üzərində işləyib). Bacısı Tana telerejissordur. Kim Mennersin rejissor debütü 1979-cu ilə təsadüf edir, belə ki, “Çarlinin mələkləri” teleserialının epizodlarından birini lentə alıb. Rejissor işləri arasında həmçinin “Jamp-strit 21”, “Çətin tapşırıq”, “Ulduz yolu: Növbəti nəsil”, “Malibu xilasediciləri” kimi serialları olub. 25 yanvar 2009-cu ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D1%8D%D0%BD%D0%BD%D0%B5%D1%80%D1%81,_%D0%9A%D0%B8%D0%BC