Santyaqo Kabrera

Santyaqo Kabrera

Aktyor

BİOQRAFİYA

Santyaqo Kabrera (5 may 1978, Karakas) – Çili əsilli venesuelalı aktyordur. Santyaqo – 5 may 1978-ci ildə Venesuelanın paytaxtı Karakasda çilili diplomat və evdar xanımın ailəsində anadan olub. Ayrı-ayrı illərdə Toronto, London, Madrid və Rumıniyada yaşayıb. 15 yaşında olanda Çiliyə geri dönüb. Məktəbdə oxuyanda futbol komandasının kapitanı olub, yüngül atletikayla məşğul olub. Məktəbin teatr dərnəyinin müəllimi onun istedadlı olduğunu görərək, aktyorluğu oxumağı tövsiyə edib. “Drama Centre London” dram mərkəzində (İngiltərə) üç il təhsil aldıqdan sonra “The Madras House», «A Month in the Country», «Napoli Milionaria», «Britannicus», «The Dutch Courtesan», «The Strangeness of Others», «A Field», «Three Birds Alighting On», в «The Last Days of Don Juan» kimi tamaşalarda səhnəyə çıxıb. Paralel olaraq “Britaniya döyüşləri”, “Hakim Con Did”, “Kabuslar” və “Ola bilməz” seriallarında rol alıb. Dram mərkəzini bitirdikdən sonra  Northempton Kral Teatrında qoyulan “Otello” tamaşasında iştirak edib. 2006-cı ildə “Sevgi və başqa bədbəxtliklər”  filmində Brittani Merfi və Mettyü Rizlə tərəf müqabili olub. Amerika televiziyasında “İmperiya” tarixi serialında Oktavian Avqustu oynayıb. Daha çox “Qəhrəmanlar” serialında rəssam Ayzek Mendes rolu ilə tanınır. Santyaqo sərbəst şəkildə ispan, ingilis, fransız və italyan dillərində danışır. O tennis, hokkey oynamağı xoşlayır, dayvinqlə məşğul olur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%B1%D1%80%D0%B5%D1%80%D0%B0,_%D0%A1%D0%B0%D0%BD%D1%82%D1%8C%D1%8F%D0%B3%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç