Vinsent Riqan

Vinsent Riqan

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Vinsent Riqan (ing. Vincent Regan)  - Böyük Britaniya televiziya və kino aktyorudur. “Troya”, “300 spartalı” və “Janna Dark” kimi filmlərdə oynadığı rolları ilə tanınır. “Zəncirlənmiş it Denni”, “Titanların döyüşü” filmlərində ikinci plan rolları oynayıb. Bundan başqa “Kamelot”, “Məşuqələr” və “İmperiya” seriallarında yaratdığı obrazlarla yadda qalıb. Vinsent Riqan 16 may 1965-ci ildə Uelsin Suonsi şəhərində anadan olub. Aktyorun valideynləri Uelsə köçmüş irlandlar olub. Üçuşağlı ailənin sonbeşiyidir. Uşaqlığında bir müddət valideynləri və qardaşları ilə İrlandiyada yaşayıb, sonradan Riqanlar ailəsi İngiltərənin Saffolk qraflığına köçüb. Vinsent Müqəddəs Corc kollecində oxuyub, 18 yaşında Londona köçüb. “Titanların döyüşü” filminin uğurundan sonra, 2011-ci ildə “Kamelot” serialının aktyor heyətinə qoşulub, 2012-ci ildə isə “Lockout” filmində baş rollardan birini oynayıb. 2001-ci ildə İsveçli aktrisa Ameliya Körtislə ailə qurub. Cütlüyün iki qızı var: Xloya və Esme.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B3%D0%B0%D0%BD,_%D0%92%D0%B8%D0%BD%D1%81%D0%B5%D0%BD%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç