Kirk Morris

Kirk Morris

Aktyor

BİOQRAFİYA

Kirk Morris – italiyalı aktyordur. 26 avqust 1942-ci ildə İtaliyanın Venesiya şəhərində anadan olub. Əsl adı Adriano Bellinidir. Atası və əmisi musiqiçi olub, nənəsinin gözəl soprano səsi olub. Atletik bədən quruluşuna məxsus kulturist Adriano Bellini 60-cı illərdə Venetsiyadan Romaya köçüb və “Cinecitta” kinostudiyasında işləməyə başlayıb. 60-cı illərdə psevdo-mifoloji filmlərdən canlandırdığı pəhləvan obrazları ilə məşhurlaşıb. 1961-1965-ci illərdə fransız və italyan macəra lentlərində Herakl, Samson, Masist obrazlarını canlandırıb. 70-ci ildən sonra populyarlığını itirib və bir daha böyük kinoya çəkilməyib. 70-ci illərin əvvəllərində ABŞ-da yaşayıb və reklam işi ilə məşğul olub. Sonradan İtaliyaya geri dönüb. 1969-2001-ci illər ərzində fotoromanlara çəkilib (karyerası ərzində 1084 fotoromana çəkilib). Bir müddət teleserialların prodüserliyi ilə məşğul olub. Üç övladı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/euro/177224/bio/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç