Coenn Uelli

Coenn Uelli

Aktrisa

BİOQRAFİYA

Coann Uolli (25 avqust 1964, Solford, İngiltərə) – britaniyalı aktrisa və müğənnidir. Coan Uolli 25 avqust 1964-cü ildə İngiltərənin Solfor şəhərində dünyaya göz açıb. Uşaqlığı Çeşir qraflığının Stokport şəhərində keçib. Orada Braeside School of Speech and Drama dram məktəbini bitirib. Coann kinoda debütünü 1974-cü ildə gerçəkləşdirib (“Koronasiya küçəsi” teleserialında Palmela Qrem rolunu oynayıb). 2009-cu ildə “44 düymlük döş” filmində Liz Daymond obrazını yaradıb.  Həmin rol ona ən yaxşı ansambl ifası nominasiyasında San Diego Film Critics Society mükafatını qazandırıb (2010). Karyerası ərzində 60-dan çox film və serialda rol alıb. Həmçinin müğənnidir, “the Slowguns” və “Cindy & The Saffrons” qruplarının üzvü olub. 1988-1996-cı illərdə Vel Kilmerlə evli olub. Keçmiş cütlüyün Mersedes Kilmer (29.10.1991) adlı qızı və Cek Kilmer (06.06.1995) adlı oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D0%BB%D0%B8,_%D0%94%D0%B6%D0%BE%D0%B0%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç