Martin Bolsam
Aktyor
Martin Henri Bolsam (4 noyabr 1919 – 13 fevral 1996) – amerikalı aktyordur. Martin Henri Bolsam 4 noyabr 1919-cu ildə Bronksda yəhudi ailəsində anadan olub. Atası Albert Bolsam qadın idman geyimləri istehsalçısı olub. Martin məktəbdə oxuyan vaxt dramatik dərnəyin üzvü olub, məktəbi bitirdikdən sonra Nyu-Yorkun Yeni məktəbinin Dram emalatxanasında nüfuzlu alman teatr rejissoru Ervin Piskatorun rəhbərliyi altında aktyrluq üzrə təhsil alıb. Teatr debütü 1941-ci ildə baş tutub, “Pyes hər şeyi həll edir” tamaşasında səhnəyə çıxıb. İkinci dünya müharibəsi illərində Martin Bolsam ABŞ hərbi hava qüvvələrinin sıralarında qulluq edib. Böyük ekranlarda debütünü 1954-cü ildə Marlon Brandonun baş rola çəkildiyi “Limanda” (1954) filmində gerçəkləşdirib. Ardınca “12 qəzəbli kişi” (1957), “Psixo” (1960), “Tiffaniylə səhər yeməyi” (1961), “Qorxu burunu” (1962) və “Min kloun” (1965) filmlərində oynadığı rolları ilə tanınır. Sonuncuda oynadığı rol ona ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Oskar” mükafatını qazandırıb. Bundan başqa “Tora! Tora! Tora” (1970), “Şərq ekspressində qətl” (1974) və “Qorxu burunu” (1991) filminin remeykində canlandırdığı obrazlarla yaddaşlarda qalıb. Bundan başqa Martin Bolsam teatr səhnəsində uğurlu çıxış edib, 1967-ci ildə “Bilirsiz, su axanda, sizi eşidmirəm” tamaşasında oynadığı rola görə “Toni” mükafatını əldə edib. Aktyor üç dəfə evli olub, ilk iki həyat yoldaşı aktrisa olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BB%D1%81%D0%B0%D0%BC,_%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD