Recinald Rouz

Recinald Rouz

Ssenarist, prodüser

BİOQRAFİYA

Recinald Rouz (10 dekabr 1920, Nyu-York – 19 aprel 2002, Noruolk, Konnektikut) – amerikalı dramaturq və ssenaristdir. R. Rouz 1938-ci ildə Nyu-York şəhər kollecini bitirib. Məzun olduqdan sonra reklam şüarlarının yaradılması ilə məşğul olub. 1942-1946-cı illərdə ABŞ ordusunda xidmət edib. İkinci dünya müharibəsi veteranıdır. Leytenant vəzifəsinə tərxis olunub. 1951-ci ildən televiziya tamaşaları və teatr pyesləri üçün ssenari yazmağa başlayıb. “Emmi” televiziya mükafatının laureatı olub. Sidni Lümetin rejissoru olduğu və Henri Fondanın baş rola çəkildiyi “12 qəzəbli kişi” filminin ssenari müəllifidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%83%D0%B7,_%D0%A0%D0%B5%D0%B4%D0%B6%D0%B8%D0%BD%D0%B0%D0%BB%D1%8C%D0%B4

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç