Sidni Lümet

Sidni Lümet

Rejissor, prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Sidni Artur Lümet (25 iyun 1924 – 9 aprel 2011) – amerikalı kinorejissor, ssenarist və kinoprodüserdir. Hollivudun ən məhsuldar və dahi kinorejissorlarından sayılır. Yarım əsr ərzində hər il birdən çox film lentə alıb. Karyerasının zirvəsi 1970-ci illərdə çıxan ekran işləri o cümlədən “İt günortası” və “Teleşəbəkə” filmləri sayılır. Bundan başqa tənqidçilər onun birinci çəkdiyi “On iki qəzəbli kişi” (1957) və sonuncu çəkdiyi “Şeytanın oyunu” (2007) filmlərini yüksək qiymətləndirir. Filmin premyerasından bir neçə il əvvəl rejissor kinoya verdiyi töhfələrə görə fəxri “Oskar” mükafatına layiq görülüb. “Filmləri çəkərək” adlı xatirələr kitabının müəllifidir. Dram ədəbiyyatı ixtisası üzrə Kolumbiya universitetini bitirib. İkinci dünya müharibəsi dövründə Hindistan və Birmada radar təmirçisi kimi xidmət göstərib. 1946-cı ildə vətənə qayıtdıqdan sonra qeyri-Brodvey aktyor truppasını yaradıb və rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Kinokaryerasının əvvəlində televiziyada müxtəlif telefilm və teletamaşalara quruluş verib, Frankenhaymerlə əməkdaşlıq edib. Aktrisa Rita Hemlə ilk nikahı boşanma ilə nəticələnib. Ardınca Qloriya Vanderbiltlə ailə qurub, bu nikahdan iki övladı var. Cütlük yollarını ayırdıqdan sonra Qeyl Lümet Bakkli ilə evlənib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D0%BC%D0%B5%D1%82,_%D0%A1%D0%B8%D0%B4%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç