Çhve Ci-U

Çhve Ci-U

Aktrisa

BİOQRAFİYA

Çhve Ci U - cənubi koreyal aktrisa və modeldir. Pusan Sooyoung ibtidai, daha sonar Sooyoung Girl’s Jr. High və  Dukmoon Girl’s qızlar orta məktəbini bitirib. Orta təhsili başa vurduqdan sonra Pusan Qadın Peşə Kollecinin rəqs bölməsində aerobika ixtisası üzrə təhsil alıb. İlk dəfə bacarığını 1994-cü ildə qatıldığı istedadlar müsabiqəsində ortaya qoyub. Diqqət çəkən Çhve  bir müddət sonra “Müharibə və sevgi” serialının (1995) aktyor heyətinə dəvət olunub. Daha sonra “İlk məhəbbət” adlı dramda rol alıb. Çəkiliş meydançasında Pe Yön Çunla tanış olub. 2001-ci ildə “Gözəl günlər” serialında leykemiya xəstəliyindən əziyyət çəkən yetim qız rolunda şöhrət qazanıb. Serialda tərəf müqabili Li Bön Hon olub. Birinci kursdan sonra intensiv çəkilişlərlə əlaqədar təhsili yarımçıq buraxmalı olub. Aktrisa eyni zamanda “Air city” teledramında oynadığı rolu ilə yadda qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D1%85%D0%B2%D0%B5_%D0%94%D0%B6%D0%B8%D1%83

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç