An Son-Qi

An Son-Qi

Aktyor

BİOQRAFİYA

An Son-Qi – koreyalı aktyordur. 1 yanvar 1952-ci ildə Cənubi Koreyada katolik ailəsində anadan olub. Kyudonq məktəbini bitirib. Kinodebütünü 5 yaşında 1957-ci ildə həyata keçirib. 1960-cı ildə 7 yaşlı An Son-Qi rejissor Kim Ki Yonun “Xadimə” adlı psixoloji kult trillerinə çəkilib. Sözügedən ekran əsəri Koreya Respublikasının ən yaxşı filmlərinin yüzlüyünə daxildir. Orada dürüst ailə başçısının oğlu rolunu oynayıb. Filmdə Kim Cin-Qü, Yun-Nyö Yu, Yun-Şim Li və digər aktyorlar da çəkilib. 1980-ci illərdən etibarən 100-ə yaxın filmdə rol alıb. Cənubi-Koreyanın Xarici Dillər universitetinin vyetnam dili fakültəsini bitirib. İxtisası ilə əlaqədar bir neçə dildə danışa bilir və bu üstünlüyünə görə YUNİSEF onu Koreyadakı nümayəndəsi təyin edib. Onun siması təyyarələrdə reklam elanlarını bəzəyir. “Romantik prezident” (2002) və “Hanbando” (2006) filmlərində Cənubi Koreya prezidentini oynayıb. 1974-1976-cı illərdə artileriya zabiti kimi hərbi xidmət keçib və baş leytenant rütbəsini alıb. 23 iyun 2012-ci ildə Li Byün Hunla birlikdə koreyanın aparıcı aktyorlarından biri kimi əl və ayaq izlərini Qrauman Çin Teatrının (Hollivudda) meydançasında həkk edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/seonggi_ahn/

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç