Pak Çun-Hun
Aktyor, rejissor, ssenarist, prodüser
Pak Çun-Hun - koreyalı aktyordur. 22 mart 1966-cı ildə Cənubi Koreyada anadan olub. İlk təhsilini Çunq-Anq universitetinin kino və dram fakültəsində alıb. 1992-ci ildə ABŞ-a köçüb, orada Nyu-York universitetində aspiranturaya daxil olub (kinoaktyor ixtisasına). Magistr dərəcəsi əldə etdikdən sonra Koreyaya qayıdıb. Həyat yoldaşı Çun-hun yapon əsilli olduğundan, tez-tez ailəvi şəkildə Yaponiyaya səfər edir. Koreya, yapon və ingilis dillərində danışa bilir. Aktyor həmdə ictimai xadimdi, Çhve Min-Shiklə birlikdə kinoteatrlarda yerli istehsal olan kinolara olan kvotaların azaldılmasına qarşı mübarizə aparır. 1986-cı ildə Ggambo kinolentində debüt edib. Növbəti il ən yaxşı yeni aktyor nominasiyasında Baeksang Arts Awards mükafatçısı olub. Çilsua Mansunun filmlərində və “Mənim sevgim, mənim gəlinim” filmlərində oynadığı rolları ilə tanınır. Sonuncuya görə ilin ən yaxşı aktyoru nominasiyasında “Asiya-Sakit Okean kinofestivalında qalib olub. Növbəti filmi - “İki polis” kassa hitinə çevrilib, Çun-Hun isə “Böyük zınqırov” mükafatına layiq görülüb.1999-cu ildə “Gizlənməyə yer yoxdur” filmində polis zabitini oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/park_joonghoon/