Kori Stoll
Aktyor
Kori Stoll 14 mart 1976-cı ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində dünyaya gəlib. 1998-ci ildə Oberlin Kollecini bitirib və 2003-cü ildə Nyu-York Universitetində incəsənət üzrə bakalavr dərəcəsi alıb. Stollun ilk böyük rolu NBC-nin "Qanun və qayda: Los-Anceles” serialında olub. 2011-ci ildə isə serialın çəkilişi dayandırılıb. Daha sonra o, Vudi Allenin "Parisdə gecəyarısı" filmində Ernest Heminquey rolunu canlandırıb. Bu rol ona "İkincidərəcəli kişi rolu" nominasiyasında mükafat qazandırıb. Karyerasındakı ən uğurlu işlərindən biri isə "Netflix"in "Karton ev” (2013) serialında olub. Bu rola görə də “Qızıl Qlobus” mükafatına namizəd göstərilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Corey_Stoll