Çad Lo
Ssenarist, prodüser, aktyor
Çad Lou – amerikalı ssenarist, prodüser və aktyordur. 23 fevral 1979-cu ildə ABŞ-ın İndiana ştatının Farmlend şəhərində dünyaya göz açıb. Uşaqlığı doğma şəhərində keçən Çad, Ed və Nensi Lounun ailəsinin ilkinidir. Uşaq yaşlarından kinoya maraq göstərib. Ən sevdiyi filmlər Stiven Kinqin romanı əsasında yazılmış “Gümüş güllə”, “İtirilmiş oğlanlar”, “Balaca Çində böyük qarşıdurma” (1986) filmləridir. Daha çox “Günün sonu” (Daylight’s End, 2016), “Axtarışda olan qəhrəman” (Hero Wanted, 2008), “Altı güllə” (Six bullets, 2012), “Dəlisov yürüşlər” (Drive Hard, 2014) filmlərində oynadığı rolları ilə tanınır. IMDB məlumat bazasına əsasən 2020-ci ilə qədər 18 fimə ssenari yazıb, 11 filmə prodüserlik edib, 2 filmin çəkilişi və səsləndirilməsində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: