Fransisko Rabal

Fransisko Rabal

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Fransisko “Pako” Rabal Valera - ispaniyalı aktyordur. 8 mart 1926-cı ildə Aqilas şəhərində anadan olub. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlamasından sonra ailəsi ilə Madridə köçüb. Kinoya gəlməzdən əvvəl şokolad fabrikində işləyib, küçə alverçisi olub. 13 yaşında məktəbi tərk edib, kinostudiyada elektrik vəzifəsinə işə düzəlib. Bir neçə kütləvi kadrda (massovkada) iştirak etdikdən sonra, ona bəxtini teatrda sınamağı tövsiyə ediblər. Tösviyəyi qulaq ardına vurmadığından, həqiqətən səhnədə aktyorluq istedadını ortaya qoyub. Müxtəlif teatr truppalarında rolları olub. Tamaşaların birində aktrisa Asunsyon Balaqerlə tanış olub. Onlar evlənib və Rabalın ömrünün sonuna kimi bir yerdə yaşayıblar. Onların qızı Teresa – minidisko janrındaın populyarl müğənnisi, oğlu Benito kinorejissordur. 1947-ci ildə Fransisko teatrda daimi işə düzəlib. “Pako Rabal” (onun qeyri-rəsmi səhnə adı olub). 1940-cı illərdən etibarən filmlərdə kütləvi səhnələrə çəkilib. 1950-ci illərdən isə ciddi rollara çəkilməyə başlayıb. İspaniya, İtaliya, Meksika və Fransada Pedro Almodovar, Karlos Saura, Mikelancelo Antonioni, Lina Vertmüller, Valerio Dzurlini, Alberto Lattuada, Arturo Ripşteyn, Leopoldo Torre Nilsson, Jak Rivett, Klod Şabrol, Françesko Barilli kimi rejissorlarlar işləyib. Luis Bunyuelin “Nazarin” və “Viridiana” filmlərində yaratdığı obrazlarla məşhurlaşıb. 29 avqust 2001-ci ildə Bordo şəhərində vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B1%D0%B0%D0%BB%D1%8C,_%D0%A4%D1%80%D0%B0%D0%BD%D1%81%D0%B8%D1%81%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç