Makarena Qomez

Makarena Qomez

Aktrisa, prodüser

BİOQRAFİYA

Makarena Qomes Transeyra – ispaniyalı aktrisadır. 2 fevral 1978-ci ildə İspaniyanın Kordova şəhərində dünyaya gəlib. Londonun “Rose  Brudford” kollecində aktyorluq sənəti üzrə təhsil alıb. İlk dəfə böyük kinoda 2001-ci ildə “Daqon” adlı qorxu filmində görüntülənib. 2007-ci ildən bəri uzun müddət Telecinco kanalında yayımlanan “La que se avecina” serialına çəkilib. Serialdakı uğurundan sonra mütəmadı olaraq Bankia bank qrupunun reklam çarxlarında görüntülənib. 2008-ci ildə “Seksual killer” filmində baş rolu oynayıb. Həmin rol ona “Fantasporto” kinofestivalının mükafatını qazandırıb. 2014-cü ildə “Yerqazanın yuvası” filminə görə isə ən yaxşı qadın rolu nominasiyasında “Qoya” mükafatına namizəd olub. 3 aprel 2015-ci ildə oğlu dünyaya gəlib. 2016-cı ildə yazıçı Denis Buşlatova rus dilində müsahibə verib. Müsahibə “Darker” jurnalında dərc olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BC%D0%B5%D1%81,_%D0%9C%D0%B0%D0%BA%D0%B0%D1%80%D0%B5%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç