Frans Vaksman
Bəstəkar
Frans Vaksman (Wachsmann, 24 dekabr 1906 – 24 fevral 1967) – almaniyalı və amerikalı bəstəkardır. Yəhudi əsillidir və başlıca olaraq kinematoqrafiya musiqisi janrında şöhrət qazanıb. Daha çox “Frankenşteynin gəlini”, “Rebekka”, “Sanset-Bulvar”, “Günəş altında yer”, “Stalaq-17”, “Həyətə açılan pəncərə”, “Peyton-Pleys”, “Rahibənin hekayəsi” və “Taras Bulba” filmləri üzərində gördüyü işə görə tanınır. Karyerası ərzində nə az, nə çox, düz on iki dəfə “Oskar” mükafatı nominantı olub. Sonralar “Sanset Bulvarı”və “Günəş altında yer” filmləri “Oskar” mükafatçısı olub. “Taras Bulba” filminə yazdığı musiqi ona “Qızıl qlobus” mükafatı qazandırıb. Kinoya aid olmayan musiqi sahəsində də kifayət qədər uğurlu bəstələri var. Buna milas kimi “Coşuanın oratoriyası” (1959) və “Terezinin mahnısı”nı (1965) göstərmək olar. 1947-ci ildə Los-Anceles musiqi festivalının təsisçilərindən olub. Qərb sahilindən olan həmkarları ilə birlikdə bir neçə premyera təşkil edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BA%D1%81%D0%BC%D0%B0%D0%BD,_%D0%A4%D1%80%D0%B0%D0%BD%D1%86