Corcin Darsi

Corcin Darsi

Aktrisa

BİOQRAFİYA

Corcin Darsi (14 yanvar 1931 – 18 iyul 2004) – amerikalı rəqqasə və aktrisa olub.  Daha çox rejissor Alfred Hiçkokun 1954-cü ildə ekranlara çıxan “Həyətə açılan pəncərə” filmində xanım Tors rolu ilə şöhrət qazanıb. 1960-61-ci illərdə ABC-nin “Harriqan və oğlu” komediya serialına çəkilib. Darsi 1931-ci ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olub. Yeniyetməlik dövründən asan pul qazanmaq üçün anası onun “striptizçi” olmağı tövsiyə edib. O balet kurslarına gedib, Nyu-York Siti ballet truppasında çıxış edib, daha sonra model kimi fəaliyyət göstərib. 16 yaşında ata-anasının evini tərk edib və avtobusla Kaliforniyaya köçüb. 1954-cü ildə “Həyətə açılan pəncərə” filminə dəvət alıb. Həmin vaxt kinodan demək olar anlayışı olmayıb və dünya şöhrətli Hiçkoku heç tanımıyıb. Hiçkok onu qara çimərlik paltarında poz verdiyi reklam şəklindən bəyənib və aktyor heyətində görmək istəyib. Sözügedən filmdə  baş qəhrəmanın qonşusu (“Miss Tors”) rolunu oynayıb. Süjetdə qəhrəmanı qısa top və çəhrayı şortda müxtəlif rəqs hərəkətləri ilə seçilib. Filmdə Darsi demək olar ki, danışmır, yalnız sonda hərbi xidmətdən qayıdan nişanlısını salamlayır. Bundan başqa rejissor Çabbi Çekerin “Don’t knock the twist” (1962) filmində oynadığı, yenədə əsrarəngiz rəqsi ilə seçilən Mec Olbrayt rolu ilə tanınır. 1970-ci ildə “Qadın və qanlı terror” və “Delta-faktor” filmlərində görüntülənib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D1%80%D1%81%D0%B8,_%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç