Reymond Börr

Reymond Börr

Aktyor, rejissor

BİOQRAFİYA

Reymond Börr (21 may 1917 – 12 sentyabr 1993) – kanadalı-amerikalı aktyordur. Daha çox televiziya filmlərində və seriallarında canlandırdığı obrazlarla yaddaşlarda qalıb. Karyerasının əvvəlində brodvey səhəsində çıxış edib, həmçinin ara-sıra bədii filmlərdə antoqonist personajları canlandırıb. 1956-cı ildə “Qodzilla” filminin Hollivud remeykində jurnalist Stiv Martin rolunu oynayıb. 1985-ci ildə “Qodzilla”nın başqa bir versiyasında da yenidən Stiv Martin rolunda çıxış edib. Börrə ən çox uzun müddət ekranlarda yayımlanmış “Perri Meyson” detektiv serialında oynadığı ikinci plan rolla populyarlaşıb. 1959-1961-ci illərdə dram teleseriallarında ən yaxşı rol nominasiyasında ikiqat “Emmi” mükafatçısı olub. 1960-cı ildə Hollivudun Şərəf xiyabanında adına ulduz lövhəsi qoyulub. Börr həmçinin “Ayronsayd” serialında baş rol ifaçısı kimi məşhurdur, 1967-1975-ci illərdə çəkildiyi bu serial ona altı “Emmi” və iki “Qızıl qlobus” nominasiyası qazandırıb. Növbəti illərdə qısaömürlü bir neçə serialın aktyor heyətində yer alıb, hərçənd başlıca olaraq Perri Meyson rolunda ekranlarda görüntülənib (1985-1993-cü illərdə).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D1%80,_%D0%A0%D0%B5%D0%B9%D0%BC%D0%BE%D0%BD%D0%B4

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç