Uendell Kori
Aktyor
Uendell Kori (20 mart 1914 – 8 noyabr 1968) – amerikalı aktyordur. 1940-1960-cı illərdə bir çox kinofilmlərə və seriallara çəkilib. 1960-cı illərdən etibarən siyasi fəaliyyətə başlayıb. Baş və ikinci plan rolların aktyoru kimi başlıca olaraq sərt təbiətli, dərin düşüncəli, bəzən gedonik personajları canlandırıb. 1946-cı ildə “Paramaunt” studiyası ilə müqavilə bağladıqdan sonra, növbəti 15 ilini kinoya hsər edib. Həmin dönəmdə “Telma Cordonun işi” adlı nuar filmində baş rol ifaçısı kimi şöhrət qazanıb. Həmçinin “Həyətə açılan pəncərə” trillerində oynadığı rolu ( baş qəhrəmanın dostu) ilə tanınır. Digər əlamətdar filmləri arasında “Axtarış” (1948), “Səhra qəzəbi” nuar (1947), “Mən hər zaman tənhayam” (1948), “Üzr istəyirəm, nömrəni səhv saldım” (1948), “Müttəhim qadın” (1949), “Furiya” (vester, 1950), “Qarriet Kreyq” (1950), “Yağış satıcısı” (1955). 1960-cı illərdə başlıca olaraq televiziya sahəsində çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%80%D0%B8,_%D0%A3%D1%8D%D0%BD%D0%B4%D0%B5%D0%BB%D0%BB