Qreys Kelli

Qreys Kelli

Aktrisa, prodüser

BİOQRAFİYA

Qreys Patrisiya Kelli (12 noyabr 1929, Filadelfiya – 14 sentyabr 1982, Monako) – amerikalı aktrisadır, 1956-cı ildə Monako knyazı III Renye ilə ailə qurub. Hazırkı knyaz II Alberin anasıdır. 10-dan çox filmlə çəkilib, “Oskar” mükafatı laureatı olub və öz dövrünün ən çox gəlir gətirən aktrisalarından sayılır. Qreys Kelli irland və alman kökənlidir, 12 noyabr 1929-cu ildə sənayeçi Cek Kellinin ailəsində dünyaya gəlib. Ailəsinin üçüncü uşağı olub. Anası Marqaret Mayer gəncliyində fotomodel olub. Əmisi Corc Kelli tanınmış dramaturq, Pulitzer mükafatı laureatıdır. Nyu-Yorka köçdükdən sonra fotomodel işləməyə başlayıb, paralel olaraq kimya üzrə ali təhsil alıb. Amerika Dram İncəsənət Akademiyasında aktyorluq sənəti üzrə təhsil alıb. Karyerasının əvvəlində müxtəlif pyeslərin kastinqlərinə qatılsa da, yalnız reklam çəkilişlərinin kontraktını qazana bilib, xüsusilə pivə, tozsoran, siqaret və s. reklamlarına çəkilib. 1949-cu ildə Brodvey səhnəsinə çıxmaq ona nəsib olub, Strindberqin “Ata” pyesində rol alıb. 1950-1954-cü illərdə müxtəlif televiziya proqramlarında  görüntülənib. 1951-ci ildə “14 saat” adlı filmə epizodik rola dəvət olunub. Kelli daha çox avantür filmlərin aktrisası kimi populyarlaşıb. Dünya şöhrətli rejissor Alfred Hiçkokun diqqətini cəlb etdikdən sonra, onun üç filmində rol alıb. Onlardan ikisi – “Qətl zamanı “M”ə zəng vurun” və “Həyətə açılan pəncərə” (1954) rejissorun ən yaxşı işlərindən hesab olunur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B5%D0%BB%D0%BB%D0%B8,_%D0%93%D1%80%D0%B5%D0%B9%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç