Kit Kerredin
Aktyor, prodüser, bəstəkar
Kit İen Kerradayn (ing. Keith Ian Carradine) – amerikalı bəstəkar, kino və televiziya aktyorudur. “Neşvill” (1975) filminə yazdığı musiqiyə görə “Oskar” və “Qızıl qlobus” mükafatları laureatı olub. 8 avqust 1949-cu ildə aktrisa Soni Sorel (1921-2004) və aktyor Con Kerradaynın (1906-1988) ailəsində dünyaya gəlib. “Saçlar” adlı brodvey müziklında iştirakı zamanı aktrisa Şelli Plimptonla tanış olub. Həmin vaxt Plimpton aktyor Stiv Kerri ilə rəsmən evli olsa da, bir yerdə yaşamırdılar. Müziklının səhnədən çıxarılmasından sonra onların eşq macərası da başa çatıb, belə ki, Plimpton hamilə qalıb və Kerriyə qayıdıb. İllər sonra verdiyi müsahibədə həmin vaxt cavan olduğunu və doğma qızı üzərində rəsmən atalığın müəyyən edilməsi üçün hər hansı addım atmadığına peşman olduğunu bildirib. Qızı Marta ilə ilk dəfə sonuncunun dörd yaşı olan görüşüb. Həmin vaxt Plimpton artıq Kerridən tamam ayrılmışdı. 6 fevral 1982-ci ildə aktrisa Sandra Uillə evlənib. Onların ailə həyatı 1993-cü ilə qədər davam edib, hərçənd tərəflərdən biri boşanma üçün yalnız 1999-cu ildə məhkəməyə müraciət edib. Bu nikahdan Keyd Riçmond Kerradayn (1982) adlı oğlu və Sorel Coanna Kerradayn (18 iyun 1985) adlı qızı var. 18 noyabr 2006-cı ildə İtaliyalı aktrisa Heyli Dümonla ailə qurub. Onunla 1997-ci ildə tanış olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D1%80%D1%80%D0%B0%D0%B4%D0%B0%D0%B9%D0%BD,_%D0%9A%D0%B8%D1%82