Conni To

Conni To

Prodüser

BİOQRAFİYA

Conni To Keyfunq - honkonqlu kinorejissor və prodüserdir. Müxtəlif janrlarda 50-dən çix televiziya və bədii filmlərin yaradılmasında iştirak edib. Conni to karyerasına 17 yaşında olanda Honkonqun TVB telestudiyasının çaparı qismində başlayıb. Karyera nərdivanı ilə irəliləyərək 1973-cü ildə rejissor və icraçı prodüser vəzifəsinə qədər yüksəlib. Kinodebütü “Müəmmalı iş” filmində baş tutub. Sonradan televiziyada fəaliyyətini davam etdirib.Çou Yunfatın iştirakı ilə “Lonq haqqında hərşey” filmin prodüserlik etməklə məşhurlaşıb.  Sözügedən film Honkonqun kassa hitlərindən birinə çevrilib. 1988-ci ildə Suy Xarkomla birlikdə  “Böyük iş” adlı ilk döyüş filmini çəkib. Səkksəninci illərin sonlarında daha çox komediyaları ilə populyarlaşıb. 1988-ci ildə “Səkkizinci səadət” adlı filmi ilin gəlirli filmi olub. 1996-cı ildə To və Vay Kafay “Milkyway Image” prodakşn şirkətini təsis edib. Şirkət aşağıbüdcəli müstəqil filmlərin istehsalı ilə məşğul olur.  Conni Tonun filmləri dəfələrlə Kann və Berlin kinofestivallarında iştirak edib. 2011-ci ildə 64-cü ildə Kann kinofestivalının münsifləri heyətində yer alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE,_%D0%94%D0%B6%D0%BE%D0%BD%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç