Cozi Ho

Cozi Ho

Aktrisa, prodüser

BİOQRAFİYA

Cozi Ho – tanınmış honkonqlu aktrisa və müğənnidir. 26 dekabr 1974-cü ildə Honkonqda əyləncə sektoru maqnatı Stenli Honun ailəsində anadan olub. Atası dünyanın ən zəngin insanlarından biri sayılır. Hələ səkkiz yaşından müğənni olmağı arzulayıb. İncəsənətə gəlişində ailəsinin yaxın dostları, müğənnilər Anita Mui və Denni Çanın mühüm rolu olub. Onla Cozini öz studiyalarına konsertlərinə dəvət ediblər. Beləcə Ho həyatını səhnəyə həsr etməyə qərar verib. Ancaq musiqi ilə məşğul olmağ üçün uzun müddət atasının xeyir-duasını ala bilməyib. Bütün əngəllərə rəğmən onunla maraqlanan bir agentliyin təklifini qəbul edib. Beləcə yaradıcılıq yolunun əsası qoyulub. Müğənni kimi fəaliyyətə başladıqdan sonra, dostları ona volleybol haqqında bir filmə çəkilməyi təklif ediblər. İlk filminin uğuru davamlı olub və  bir müddət sonra ona müxtəlif kinostudiyalardan təkliflər gəlməyə başlayıb. 2002-ci ildə onun iştirakı ilə “Didərgin” adlı film ekranlara çıxıb. Sözü gedən film onun beynəlxalq şöhrət qazanmasına və maliyyə durumu baxımından müstəqil olmasına (daha milyonçu atasından asılı vəziyyətdə olmayıb) vəsilə olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/2864-dzhozi-ho.html

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç