Pol Carriko

Pol Carriko

Ssenarist

BİOQRAFİYA

Pol Carriko (ing. Paul Jarrico ) – amerikalı ssenarist və prodüserdir. 12 yanvar 1915-ci ildə Los-Anceles şəhərində anadan olub. Doğum vaxtı adı İsrael Şapiro olub. Atası Rusiyadan mühacirət etmiş yəhudi hüquqşünas, şair və sosialist olub. Pol Kaliforniya Universitetinin məzunudur. Gənc Kommunistlər Liqasının üzvü olub. 1936-cı ildə Silviya Qussinlə ailə qurub. 30 ildən sonra onunla boşanaraq Fransada İvet Le Flokla ailə qurub. Cütlük 1977-ci ilə yollarını ayırıb. ABŞ-a geri döndükdən sonra 1992-ci ildə Lia Beneditti ilə ailə qurub və ömrünün sonuna kimi onunla yaşayıb. 28 oktyabr 1997-ci ildə vəfat edib. “Axtarış” (1948), “Min salam” (1943), “Tom, Dik və Qarri” (1941) və digər filmlərin, “Seaway” (1965), “Sanctuary” (1967-1968) seriallarının ssenari müəllifi olub. “Torpaq duzu” (1954) filminə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Jarrico

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç