C. Li Tompson
Rejissor, ssenarist, prodüser
Cey Li Tompson (ing. J. Lee Thompson, 1 avqust 1914 – 30 avqust 2002) – ingilis teatr aktyoru və kinorejissordur. “Navaron adasının topları” hərbi dramının rejissorluğuna görə “Oskar” mükafatına namizəd olub. Cey Li 1914-cü ildə teatr ailəsində anadan olub. Duvr kollecində oxuyub. Bir müddət yerli teatrda çalışıb, aktyor olaraq səhnəyə çıxıb və pyeslər yazıb. Pyeslərindən biri – “İkiqat səhv” Vest-Enddə tamaşaya qoyulub və Tompsona şöhrət qazandırıb. 1937-ci ildə Britaniya kinematoqrafiya korporasiyasının ştatlı ssenaristi olub. İkinci dünya müharibəsi vaxtı Kral hava qüvvələrində rabitəçi kimi xidmət edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%BF%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9_%D0%9B%D0%B8