Deniel Benzali
Aktyor, prodüser
Deniel Benzali – brazilya əsilli amerikalı səhnə, televiziya və kino aktyorudur. 20 yanvar 1950-ci ildə Braziliyanın Rio Da Janeyro şəhərində anadan olub. Atası Braziliya teatr və Yiddiş teatrının aktyoru olub. 1953-cü ildə Deniel ailəsi ilə birlikdə Amerikaya köçüb. Uşaqlığı Nyu-Yorkun Bruklin rayonunda keçib. “Ağ gecələr” (1985), “Roy Ueydə qarşı” (1989), “Forsaj” (1992) və digər filmlərin, “Los-Anceles qanunu” (1986-1994), “Məxfi materiallar” (1993-2002), “Nyu-York polisi” (1993-2005) və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. “Xalis qətl” (1999) filminin prodüseri funksiyasını yerinə yetirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_5489/daniel-benzali