Triş Van Devere
Aktrisa
Triş Van Dever - amerikalı aktrisadır. Tam adı Patrişa Luz Dresseldir. 9 mart 1943-cü ildə dünyaya gəlib. Karyerasına 1960-cı illərin sonlarında başlayıb. 1970-ci ildə kinodebütünü gerçəkləşdirib. “Poppa hardadır?” (1970), “Sonuncu yürüş” (1971), “Hollivudun əxlaq polisi” (1986), “Ölüm elçisi” (1988) filmlərinin çəkilişində iştirak edib. 1972-ci ildə Van Dever aktyor Corc K. Skotta ərə gedib. Onunla birlikdə “Delfin günü” (1973), “Vəhşi azadlıqda” (1974) və “Gözəl və bədheybət” (1976) filminə çəkilib. 1973-cü ildə “Bir – tək rəqəm” filmində oynadığı rolla onu ən yaxşı dram aktrisası nominasiyasında “Qızıl qlobus” mükafatına namizəd edib. 1975-ci ildə Brodveydə debüt edib, 1980-ci ilə qədər vaxtaşırı müxtəlif filmlərə ikinci plan rollara çəkilib. “Kolombo”, “Sevgi qayığı” və “Kaskadyorlar” seriallarında rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B8%D1%88_%D0%92%D0%B0%D0%BD_%D0%94%D0%B5%D0%B2%D0%B5%D1%80