Çarlz Bronson

Çarlz Bronson

Aktyor

BİOQRAFİYA

Çarlz Bronson (ing. Charles Dennis Buchinsky) – amerikalı kino aktyordur. Əsl adı Çarlz Dennis Buçinskidi. 3 noyabr 1921-ci ildə Pensilvaniya ştatının Erenfeld qəsəbəsində anadan olub. On beş uşaqlı mədənçi ailəsinin on birinci övladı olub. Atası Uolter Buçinski polşa-litva tatarlarının nəslindən olub və valideynləri ilə ABŞ-a mühacirət edib, anası Meri Buçinski (qızlıq soyadı Valinski) Rusiya İmperiyasından (indiki Litva ərazisindən) mühacirət etmiş litvalıların nəslindən olub. Çarlz 1943-cü ildə ABŞ ordusunda hərbi xidmətə çağırılıb, hərbi hava qüvvələrində B-29 atıcısı olub, Saypan və Quam döyüşlərində iştirak edib. İkinci dünya müharibəsindən sonra aktyor olmağa qərar verib. Pasadena Playhouse studiyasını bitirib. Aktyor kimi uğur qazananan qədər özünü bir neçə peşə sahəsində sınayıb, o cümlədən mədənçi olub. 1950-ci illərdən kinoya çəkilməyə başlayıb, ilk 12 filmində titrlərdə əsl soyadı gedib. Ancaq “makkartist ifritə ovu” zamanı Buçinski soyadını anqlo-sakson “Bronson” soyadına dəyişib. Cill Ayrlendlə evli olub. 30 avqust 2003-cü ildə “Cedars Sinai” tibb mərkəzində pnevmoniyadan dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%BE%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç