İzzet Günay

İzzet Günay

Aktyor

BİOQRAFİYA

İzzet Günay  - türkiyəli kino və teatr aktyorudur. Türkiyə kinematoqrafiyasının ən təcrübəli və tanınmış aktyorlarından sayılır. 60-ildən çox müddəti əhatə edən karyerası ərzində 100-dən çox kinofilmin çəkilişi və səsləndirilməsində iştirak edib. Heydərpaşa, ardınca Deniz orta məktəbində oxuyub. Bir müddət İstanbul Bələdiyyəsinin infrastruktur şöbəsində çalışıb. Bir gün qəzetdə Haldun Dormenin “Kara Ağaçlar Altında” adlı tamaşası üçün dinləmənin keçiriləcəyini öyrənir, dinləmədə iştirak edərək, ilk rolunu qazanır. Sonralar “Sokak Kızı İrma”, “Pasifik Şarkısı Zafer Madalyası” kimi tamaşalarda da səhnəyə çıxır. 1959-cu ildə Günay “Kırak Plak” filmində debüt edib, orada Zeki Mürenin qəhrəmanının sürücüsü rolunu oynayıb. Ardıcıl epizodik və ikinci plan rollardan sonra “Varan Bir” filmində ilk baş rolunu oynayıb. İzzet eyni zamanda bir müddət peşəkar səviyyədə klassik türk musiqisi ilə məşğul olub. 1964-cü ildə “Ağaçlar Ayakta Ölür” filmində oynadığı rol ona Antalya Qızıl Portağal Festivalında ən yaxşı aktyor mükafatını qazandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/%C4%B0zzet_G%C3%BCnay

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç