Zafer Önen

Zafer Önen

Aktyor

BİOQRAFİYA

Zafer Önen  - türkiyəli teatr, kino və televiziya aktyoru, səsləndirmə aktyorudur. 1921-ci ildə Türkiyənin Çorum şəhərində anadan olub. Dövlət Operea və Balet teatrının ifaçılıq bölməsini bitirib. 1942-ci ildə ilk dəfə olaraq Ses teatrının “Hava Cıva” adlı tamaşasında peşəkar səhnəyə çıxıb. Önen, Muammer Karaca teatrı, İstanbul teatrı, Raşit Rıza teatrı, Mücap Ofluoğlu teatrı, Küçük Sahne, Dormen teatrı, Tevhit Bilge teatrında çalışıb. Uzun müddət Türkiyənin gənc tamaşaçıları üçün müxtəlif cizgi filmi personajlarını türk dilinə dublyaj edib. Kino, televiziya və səsləndirmə aktoyur kimi xidməti siyahısında 220-dən çox rol olub. Son olaraq 2004-cü ildə “Ruhun Duymaz” adlı mini-seriala Efruz Dede roluna çəkilib. Daha çox “Karateçi qız” (1973) və “Uçan boşqablar İstanbulda” (1955) filmlərində oynadığı rolları ilə tanınır. 13 dekabr 2013-cü ildə İstanbulda ürək çatışmazlığından dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Zafer_%C3%96nen

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç