Erol Sander

Erol Sander

Aktyor

BİOQRAFİYA

Erol Sander (əsl adı Urçun Salihoğlu) 9 noyabr 1968-ci ildə İstanbulda anadan olub. Türk əsilli alman aktyordur. 1973-cü ildə 4 yaşında ikən ailəsi ilə birlikdə Almaniyanın Münhen şəhərinə köçüb. Almaniyanın Bavariya əyalətində Bavariya dənizi olaraq bilinən Chiemsee bölgəsində böyüyüb. Siyasət və iqtisadiyyat oxuyub. Dostları onun həmişə boyu və görünüşü  ilə diqqət çəkdiyini vurğulamaları səbəbilə, 1992-ci ildə Fransanın Paris şəhərinə gedərək, fotomodel olaraq işləməyə başladı. 7 il ərzində Avropa və Amerikanın bəzi məşhur firmaları ilə birlikdə işləməyə başlayıb. Armani, Dolce & Gabbana, Christian Dior kimi firmalara fotomodellik edərək qazandığı gəlir ilə aktyorluq təhsilini maliyyələşdirib. 1999-ci ildə Erol Sander ləqəbi ilə ilk olaraq bir alman televiziya kanalında bir türk polisini canlandırıb. Filmdəki rol adı isə Sinan Toprak idi. 2002-ci ildə oynadığı Für immer verloren adlı seialda ciddi bir xarakteri oynayıb. Oynadığı rol,  İran şahı Rıza Şah Pehlevi idi. Onun bu rolu Avropa miqyasında tanınmasına yol açdı. Parisdə film rejissoru Oliver Stounun qohumu, fransız Karolin Qodet ilə tanış olub. 2000-ci ildə isə evləndilər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0761395/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç