Eduard Radzükeviç
Aktyor, rejissor, ssenarist, prodüser
Eduard Vladimiroviç Radzükeviç (11 iyul 1965, RSFSR, Karelsk MSSR, Petrozavodsk) – rusiyalı teatr, kino və televiziya aktyoru, kino və televiziya rejissoru, ssenaristi, pedaqoq və teleaparıcıdır. 11 iyul 1965-ci ildə Petrozavodsk şəhərində anadan olub. Moskvanın 848-nömrəli məktəbində oxuyub. 1992-ci ildə Şukin adın teatr peşə məktəbini bitirib. Tələbə olduğu vaxt, aktrisa Yelena Lanski ilə evlənib. Məzun olduqdan sonra dostları ilə birlidkə “Oxunmuş meymun” (“Учёная обезьяна”) teatrını təsis edib, indiyə kimi orada çalışır. E.Vaxtanqova adına Dövlət akademik teatrı və “Kvartet İ” komik teatrı ilə sıx əməkdaşlıq edir. Moskva Dövlət İncəsənət İnstitutunda dərs deyir. İkinci həyat yoldaşı Yelena Yurovskixlə 2003-cü ildə ailə qurub. Yelena ərindən 17 yaş kiçikdir. Qeorqi adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B4%D0%B7%D1%8E%D0%BA%D0%B5%D0%B2%D0%B8%D1%87,_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87