Marina Aleksandrova
Aktrisa
Marina Andreyevna Aleksandrova (əsl soyadı – Pupenina) – rusiyalı teatr və kino aktrisasıdır. 2007-ci ildə “Triumf” gənclər mükafatının laureatı olub. Atası – Andrey Vitalyeviç Pupenin, artileriya polkovnikidi. Anası İrina Anatolyevna Pupenina, 2008-ci ilə qədər Qersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin aspirantura şöbəsinin metodisti olub. 1986-cı ildə Marinanın ailəsi Baykala, sonra Tulaya, oradan Leninqrada köçüb. Marina 308- saylı riyazi təmayüllü orta məktəbi və musiqi məktəbini (arfa sinifi) bitirib. 1996-cı ildə “Voobrazi” teatr studiyasının kurslarına gedib. Orta məktəbi bitirdikdən sonra Şukin adına Teatr peşə məktəbinə daxil olub. Şukin teatr məktəbində çalışan professorlardan birinin tövsiyəsi ilə bir il təhsil aldıqdan sonra özünə səhnə adı kimi anasının qızlıq soyadı olan Aleksandrovanı götürüb. 2006-2011-ci illərdə “Sovremennik” Moskva teatrının aktrisası olub. “Sonuncu qəhrəman 3: Sağ qalmaq” realiti şousunda iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0