İlya Maksimov
Rejissor, ssenarist
İlya Mixayloviç Maksimov – rusiyalı rəssam, multiplikator, cizgi filmləri rejissorudur. 1993-cü ildə memarlıq ixtisası üzrə Sankt-Peterburq dövlət memarlıq inşaat universitetini bitirib. Həmin il “Animation Magic” adlı studiyada rəssam-animator kursuna yazılıb. Orada 1995-ci ilə qədər aparıcı animator vəzifəsində işləyib. 1995-ci ildə Rinat Qazizovun animasiya studiyasına dəvət olunub, orada bir sıra animasiyalı reklam çarxlarının yaradılmasında animator qismində iştirak edib. Həmçinin bir sıra Rusiyalı estrada ulduzları, o cümlədən F.Kirkorov, N.Korolyova, A.Varum, M.Şuftinski, professor Lebedinski və başqlarının mahnı kliplərinin animasiyasını yaradıb. 1997-ci ildə “Melnitsa” animasiya-kino studiyasına dəvət olunub. Orada “Zümrüd şəhərdəki macəralar” layihəsində rejissor qismində debüt edib. Həmin dönəmlərdə, “Technology” animasiya serialının rejissoru olub. Tammetralı animasiya filmi rejissoru kimi debütünü 2001-2003-cü illərdə “Cırtdan Burun” layihəsində gerçəkləşdirib. Karyerası ərzində 30-dan çox festivalda iştirak edib, bir sıra mükafatlara layiq görülüb. 2011-ci ildə “Studiya Da” studiyasının “Uçan heyvanlar” serialının rejissoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D1%81%D0%B8%D0%BC%D0%BE%D0%B2,_%D0%98%D0%BB%D1%8C%D1%8F_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87