Filipp Falardo 1968-ci ildə Kanadanın Kvebek əyalətində doğulub. Ottava universitetində politologiya və beynəlxalq münasibətlər üzrə təhsil alıb (1985-1989). Universiteti gümüş medalla bitirib. İki il siyasi analitik kimi çalışıb, sonra Kanada radiosunda və Fransa televiziyasında sənədli filmlərin operatoru kimi işləyib. Rejissor kimi qısametrajlı sənədli filmlərində isə adətən mühacirlərin adaptasiya probleminə toxunub. İlk tammetrajlı filmi isə “Soyuducunun sol yarısı” komediyası olub (2000). Onun son işi Əlcəzairdən olan 50 yaşlı mühacirin həyatından bəhs edən "Cənab Lazar" (2011) dramıdır. Film 2012-ci ildə "Ən yaxşı xarici dilli film" nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%BB%D...