Aleksandra Snejko-Blotskaya
Rejissor, ssenarist
Aleksandra Qavrilovna Snejko-Blotskaya (8 (21) fevral 1909 – 29 dekabr 1980) – sovet rejissoru və multiplikatorudur. Çoxsaylı müəllif nağıllarını və dünya xalqları folklorlarının ekranlaşdırması ilə məşhurlaşıb. 21 fevral 1909-cu ildə Ukraynanın Volçansk şəhərində mühəndis-dəmiryolçu Qavril Snejko-Blotskinin ailəsində dünyaya gəlib. Atası cavan yaşında öldüyündən, onun böyük bacısı Lidiya Qavrilovna və onun əri Yan Olşamovskinin himayəsində böyüyüb. Qəyyum ailəsi ilə birlikdə Ryazan quberniyasına köçüb.Orada Şatura şəhərində yeddi sinifli məktəbi bitirib, paralel olaraq yerli klubda kitabxanaçı işləyib. Qızının dediyinə görə, yerli və dünya nağıllarına marağı elə kitabxanda işlədiyi dövrdə formalaşıb. Seçib-ayırdığı nağılları, rejissor olduqdan sonra ekranlaşdırıb. Memarlıq İnşaa İnstitutu nəzdində incəsənət studiyasıdna oxuyub. 1932-ci ildə rəssam-tərtibatçı qismində “Soyuzkinoxronikası” kinojurnalına işə düzəlib. 1934-cü ildə “Mejrabpomfilm” studiyasına keçərək, rejissorlar Vladimir Suteyev və Dmitriy Babiçenkonun filmlərinin hazırlanması üzərində işləyib. 1936-cı ildən “Soyuzmultfilm” studiyasında işləyib. Orada həmkarı Vladimir Polkovnikovlar birsıra cizgi filmlərinin yaradılmasında iştirak edib. 1956-cı ildən müstəqil rejissor kimi çalışıb. 29 dekabr 1980-ci ildə vəfat edib. Moskva vilayətinin Feninsk məzarlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BD%D0%B5%D0%B6%D0%BA%D0%BE-%D0%91%D0%BB%D0%BE%D1%86%D0%BA%D0%B0%D1%8F,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0_%D0%93%D0%B0%D0%B2%D1%80%D0%B8%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%B0