Vladimir Polkovnikov

Vladimir Polkovnikov

Rejissor, ssenarist

BİOQRAFİYA

Vladimir İvanoviç Polkovnikov (10 iyun 1906-cı il, Rusiya imperiyası, Moskva quberniyası, Teryayeva Sloboda kəndi – 21 avqust 1982-ci il, SSRİ, Moskva) – sovet cizgi filmləri rejissorudur. 1969-cu ildə RSFSR əməkdar incəsənət xadimi adını alıb. 1905-ci ildə Moskva incəsənət məktəbini bitirib, “Soyuzkinoxronika”, “Soyuzkino”, “Soyuztexfilm” kinostudiyalarında rəssam-multiplikator vəzifəsində çalışıb. 1936-cı ildən bəri “Soyuzmultfilm” studiyasının rejissoru olub. “Boz boğaz” cizgi filmi Çexoslovakiya SSR-də keçirilən Marianski Laznı kinofestivalında ən yaxşı cizgi filmi nominasiyasında qalib gəlib. Bundan başqa 1952-ci ildə Hindistanın (Bombey) “Mərmər güldan” mükafatına layiq görülüb. “Ququ quşu və sığırçın” (1950) cizgi filmi Karlovı Varı cizgi filmləri festivalının fəxri diplomunu alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BB%D0%BA%D0%BE%D0%B2%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç