Mixail Volpin
Ssenarist
Mixail Davıdoviç Volpin - sovet dramaturqu, şairi və kinossenaristidir. 1951-ci ildə ikinci dərəcəli Stalin mükafatı laureatı olub. Mixail Volpin 28 dekabr 1902-ci ildə Mogilyov şəhərində (Belarus) yəhudi ailəsində anadan olub. Atası David Samuiloviç Volpin hüquqşünas, anası Anna Borisovna Volpin musiqi müəlliməsi olub. Babası Borux Moiseyeviç Jislin Çerikov dövlət yəhudi peşə məktəbində dərs deyib. Volpinin uşaqlığı Moskva şəhərində keçib. Orada incəsənətlə maraqlanıb, rəssam Vasili Surikov ona rəsmdən dərs deyib. Gəncliyində Oktyabr inqilabı ideyasını qəbul edib, Sovet İttifaqı tərəfindən Vətəndaş müharibəsində iştirak edib. 1920-21-ci illərdə Vladimir Mayokovskinin rəhbərliy altında rəssam və satirik mətnlərin müəllifi olaraq “Okna ROSTA” teatrında çalışıb. 1921-1927-ci illərdə Ali Bədii-Texniki Sənətlər Məktəbində təhsil alıb, satirik mətnlər, komik pyeslər yazıb. Şair kimi bir sıra satirik jurnallarla əməkdaşlıq edib, 1930-cu illərin əvvəlində “Krokodil” jurnalının əməkdaşı olub. 1960-cı illərin əvvəlində Volpinin yazdığı ssenarilə əsasında ekranlara bir sıra nağıl filmlər və cizgi filmləri çıxıb. Daha çox 1964-cü ildə təqdim olunan “Morozka” nağıl filmi üzərində gördüyü işə görə tanınır. Ssenaristin sonuncu filmi 1986-cı ildə çəkilmiş “Aşiq rəngsaz haqqında nağıl” filmi olub. Mixayil Volpin avtomobil qəzasında həlak olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BB%D1%8C%D0%BF%D0%B8%D0%BD,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%94%D0%B0%D0%B2%D1%8B%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87