Anatoli Kubatski
Aktyor
Anatoli Lvoviç Kubatski (1 noyabr 1908, Moskva – 29 dekabr 2001-ci il, Moskva) – sovet və rusiyalı teatr və kino aktyorudur. Ruslaşmış polşalıların nəslindən olub. Atası Lev Stanislavoviç Plotski quberniyasının Lipnovski qəzasının Lyunda kəndində anadan olub, kamera teatrında qarderobçu işləyib. Anası Arxangelsk quberniyasından olub, evdar xanım olub. Anatoligil ailədə altı uşaq olublar. Qardaşı Viktor Lvoviç (1891-1970) violonçel ifaçısı və dirijor olub. Anatoli uşaq yaşlarından teatrla maraqlanıb, ancaq atası onun aktyorluq karyerasına qarşı olub. Y.Zavadskinin rəhbərliyi altında teatr studiyasını bitirdikdən sonra (1929-cu il) Moskvanın müxtəlif teatrlarında çalışıb. 1931-1942-ci illərdə Ümumittifaq radiosunun artisti olub, 1942-1957-ci illərdə Mayakovski adına teatrın aktyoru olub, 1957-1959-cu illərdə Teatr studiyasının kiinoaktyoru olub, 1959-1973-cü illərdə M.Qorki adına Kinostudiyanın aktyoru olub. Bir çox cizgi filmlərinin səsləndirilməsi və xarici filmlərin dublyajında iştirak edib. Son illərini (1995-2001) Kino veteranları evində keçirib. 29 dekabr 2001-ci ildə Moskvada vəfat edib. Moskvanın Pyatnitski məzarlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anatoly_Kubatsky